USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycanın təhdid olunması İsrailin, ABŞ-ın, NATO-nun maraqlarının təhdid olunmasıdır" - Ekspertdən Açıqlama

13.03.2023 Siyasət
23 4
“İranın hərbi təyyarəsinin sərhəddə uçuş etməsi Azərbaycana qarşı açıq təhdiddir".

Kommersanta.az xəbər verir ki, bunu açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İran hərbi təyyarəsinin Azərbaycanla sərhəddə uçması, ölkəmizin hava məkanına daxil olmasını şərh edərkən deyib.

Ekspert qeyd edib ki, bu həm də Azərbaynanın dostlarına, müttəfiqlərinə qarşı təhdidir:

"Azərbaycanın təhlükəsizliyinin təhdid olunması ölkəmizlə yanaşı, İsrailin, ABŞ-ın, NATO-nun maraqlarının təhdid olunmasıdır. Azərbaycana təhlükə, suverenliyinə hər hansı şəkildə hərbi müdaxilə NATO-ya da, İsrail və ABŞ-ın maraqlarına da təhlükə yarada bilər".

Sədrəddin Sultan bildirb ki, İran təyyarəsinin iki ölkə arasında sərhəddə uçuş etməsi, bəzi hallarda Azərbaycan hava sərhəddinə daxil olması gərginliyi daha da artırıb:

"Bu onu göstərir ki, İran hakimiyyəti Azərbaycanın rəsmi Tehran qarşısında irəli sürdüyü şərtləri, yaxud mövcud anlaşılmazlığın aradan qaldırılması üçün verdiyi təklifləri İran rejimi qəbul etmək istəmir. Buna görə də İran hakimiyyəti Azərbaycana qarşı müxtəlif şəkildə etirazlar bildirir. Məsələn, Aəzrbaycan-İsrail, Azərbaycan-ABŞ və Azərbaycan-NATO münasibətləri kimi məsələləri bəhanə gətirərək, ölkəmizi günahlandırmağa çalışır. Azərbaycanının İsraildə səfirliyinin açılması, İsrail rəsmilərinin ölkəmizə səfərləri də İran hakimyyətini qıcıqlandırır. İranın digər ölkələrlə münasibətlərinin Azərbaycana aiddiyatı yoxdur. İran-Ermənistan münasibətlərinin, əlaqələrinin Azərbaycana heç bir aidiyyatı yoxdur. Sadəcə, Azərbaycan tərəfi bu münasibətlərə o zaman reaksiya verir ki, İran Ermənistanla bərabər ölkəmizin maraqlarını, ərazi bütövlüyünü təhdid edir. Azərbaycanın isə İsrail, ABŞ, NATO ilə əlaqə və münasibətləri İrana heç bir təhdid yaratmır. Bütün bunların hamsı Azərbaycanın öz təhlükəsizliyi, regional maraqlar üçün nəzərdə tutulur".

Ekspert sonda onu da əlavə edib ki, İranın bu addımı çox ağılsız və regionun ümumi təhlükəsizliyini təhdid edən, problem yarada biləcək bir davranışdır.