Çin savaşın ABŞ iqtisadiyyatına təsir etməyəcəyinə inanır.
"Kommersant" xəbər verir ki, Çinin xarici işlər nazirinin köməkçisi Zhang Jun jurnalistlərə açıqlamasında bildirib ki, Trumpın Çinə, eyni zamanda, digər dövlətlətə qarşı tətbiq etdiyi sanksiyalar ABŞ-ın iqtisadi vəziyyətini düzəltməyə kömək etməyəcək.
Dövlət rəsmisi, xüsusilə Çinə qarşı tətbiq olunan rüsumları ədalətsiz sayıb və Çinin ABŞ-ın iqtisadiyyatına belə ağır vergi tətbiq edəcək qədər mənfi təsirləri olmadığını vurğulayıb. Üstəlik, nəzərə alsaq ki, qərar dünya ölkələri tərəfindən də mənfi qarşılanıb, bu o deməkdir ki, ABŞ-ın müsbət nəicələr əldə etməsi mümkünsüzdür.