USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rəsmi Rusiya və Ərəbistan görüşü

08.06.2023 İqtisadiyyat
14 1
Putin Səudiyyə şahzadəsi ilə əməkdaşlıq və neft bazarı məsələlərini müzakirə edib.

Kommersant.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud dövlətlərarası əməkdaşlığın aktual məsələlərini, eləcə də qlobal enerji bazarında sabitliyin təmin edilməsini müzakirə ediblər. Kremlin mətbuat xidməti xəbər verir ki, telefon danışığı iyunun 7-də axşam baş tutub.

Söhbət zamanı Rusiya Federasiyası ilə Səudiyyə Ərəbistanı arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəruri tədbirlər, o cümlədən müxtəlif sahələrdə perspektivli birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Rusiya lideri və Səudiyyə şahzadəsi OPEC Plus çərçivəsində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər ki, bu da neftə tələb və təklif arasında tarazlığın qorunması üçün effektiv addımlar atmağa imkan verir. Həmsöhbətlər nazirlərin Ər-Riyadda bu yaxınlarda keçirilən görüşündə bu məsələ ilə bağlı əldə olunmuş razılaşmaların əhəmiyyətini qeyd ediblər.

  • Əvvəlki

    İran ABŞ-ın güc tətbiq etmə hədəsinə reaksiya verdi

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0