USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən sərfəli daxili tur hansı istiqamətədir - SİYAHI, QİYMƏTLƏR

14.07.2018 İqtisadiyyat
0 0
Turizm agentliklərindən bildirdilər ki, ölkə daxili ən sərfəli tur qiymətləri məsafəyə və tur müddətinə görə dəyişir.

İstirahət üçün xarici ölkələri seçənlərlə yanaşı, daxili turlara üstünlük verənlərin də sayı az deyil.

Bunu daxili turlar təşkil edən turizm şirkətləri ilə bağlı apardığımız araşdırma da təsdiqlədi. Məlum oldu ki, qiymət amili yerli turistlərin bölgəyə axınına səbəb olan əsas amillərdəndir.

Bəs ən ucuz daxili tur hansı istiqamətədir?

"Kommersant", oxucuların marağını nəzərə alaraq ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin təklif etdiyi ən ucuz daxili turlarla maraqlanıb. Siyahını təqdim edirik.

Ekskursiya proqramları yalnız xarici turistlərə satılır

"Amore Travel" turizm şirkətinin məlumatına görə, turların əsas istiqaməti Qəbələ, İsmayıllı, Şəki, Bakıətrafı (Qobustan) və şimal zonasınadır (Quba). Şirkət əsasən hazır paketlərin satışı ilə məşğuldur (qiymətə hotel və transfer də daxildir). Hazır paketlərə daxil olan qalma müddəti 3-10 gecə arasında dəyişir. Lakin müştərilər 7 gündən çox qalmaq istəmirlər. 1nəfərlik turlar 160 dollardan başlayır. Şəhərətrafı tur saat 10-dan axşam 6-ya qədər davam edir. Rayonlar üzrə individual turlar 290 dollardan başlayır. Tur 5 gecəlik proqrama əsasən baş tutur. Bütün proqramlarda şəhər turu var. Hotellərdən asılı olaraq turun qiyməti bahalaşır. Qiymətlərə yemək daxil deyil. Rayonlar üzrə ən münasib tur Şəki-Şamaxı-İsmayıllı-Lahıc istiqamətinədir.

Nabran turu 50-70 manatadır

"Kral Travel" turizm şirkətinin məlumatına görə, turların qiyməti 50-200 manat arasında dəyişir. Qəbələ, Quba, Xaçmaz, Naxçıvan, Neftçala (müalicə məqsədi ilə) istiqamətlərinə tələbat daha çoxdur. Mövsümlə əlaqədar Xaçmaz-Nabran, Quba, Qəbələyə axın yüksəkdir. Hotellərdən asılı olaraq qiymətlər dəyişir. Qəbələdə 1 günlük tur 5 ulduzlu hoteldə 200 manata başa gəlir. 4 ulduzlu hotellərdə isə qiymət nisbətən münasibdir. Qiymətə hovuz, səhər yeməyi, əyləncə və s. daxildir. Ən münasib tur isə Xaçmazadır - 3 dəfə qidalanma daxil olmaqla 50 manat.

Daha çox Quba-Qusar və Qəbələyə üz tuturlar

"Gezz Travel"dan bildirdilər ki, şirkətin təşkil etdiyi günlük turlar Quba, Qusar, Lahıc, Qəbələ, Şəki, Qax, Göygöl və cənub istiqamətinədir. 15-20 nəfərdən ibarət turlar da təşkil edilir. Şəki-Qəbələ turu 23 manat, Quba-Qusar turu (Ləzə) 21 manat, cənub turları 23 manat, Gəncə-Göygöl turu isə 24 manatdır. Gəncə-Göygöl-Mingəçevir turu 1 gecə qalmaqla 89 manata başa gəlir. Qiymətə gediş-gəliş, yemək, hoteldə qalmaq daxildir. Başqa istiqamətlərdəki turlara yemək baxımından ancaq səhər yeməyi daxildir. Qiymət baxımından ən ucuz tur isə Quba-Qusar-Ləzə istiqamətinədir-19-20 manat. Şirkət turun müddətini istəkdən asılı olaraq artırır.

Lahıca sörvayvr turu - 19 manata

"Dream Travel"dan verilən məlumata görə, İsmayıllının Lahıc qəsəbəsinə təşkil edilən turun özəlliyi ondan ibarətdir ki, buraya ekskursiya (velotur, sörvayvr yarışması, volleybol meydançası və s.) daxildir. Xaçmaz istiqamətində səyahət etmək 24 manat təşkil edir. Qiymətə avtobus (gedib-qayıtma), fotoçəkiliş, kompleksə giriş, səhər yeməyi daxildir. Avqust ayında Şəkiyə 2 günlük tur olacaq (təqribən 65 manatdan başlayacaq). Şirkət 2 günlük turlar da təşkil edir. Həmin turların qiyməti isə 44 manatdır.

Tur-paketlər daha ucuz olur

"Millenium Tour" turizm şirkətində daxili turların əsas istiqaməti Quba, Lənkəran, Gəncə, Oğuz, Qəbələ, Şabran, Şəki üzrədir. Müddət isə istəkdən asılı olaraq dəyişir. Müştərilər əsasən 1-2 günlük turlara üstünlük verirlər. 250 dollardan başlayan qiymətə 1 günlük maşın, muzey ekskursiyası daxildir. Müştəri hoteldə qalsa (səhər yeməyi də daxil olmaqla) qiymət artır. Qəbələyə tur 170 dollara (yemək daxil olarsa, qiymətə təxminən 25 manat əlavə edilir), Qubaya isə 280 dollara başa gəlir.

Ən sərfəli daxili tur Qubayadır

"Baku Holiday" turizm şirkətindən bildirdilər ki, bazar günləri 1 günlük turlar təşkil edilir. Turların əsas istiqaməti isə Quba, Nabran, Qəbələ və Şəkiyədir. Qiymətlər 21-35 manat arasında dəyişir. Ən sərfəli daxili tur Qubayadır, qiyməti 21 manatdır. Məsafə amili qiymət məsələsində xüsusi rol oynayır.

Turların əsas istiqaməti şimal və şimal-qərbədir

"Atlas Travel" turizm şirkəti tərəfindən təşkil edilən turlar Qusar (Ləzə), Oğuz- Qəbələ, Şəki-Qəbələ, Masallı-Yardımlı, Lahıc, Quba-Xınalıq istiqamətindədir. Qusara (Ləzə) səyahət etmək istəyən 24 manatından keçməlidir. Qiymətə səhər yeməyi, nəqliyyat, tur rəhbəri, fotosessiya, qayıdış, gəzinti daxildir. Mingəçevir, Göygöl-Maralgöl istiqamətinə 69 manat olmaqla 2 günlük turlar da təşkil olunur. Masallı-Yardımlı, Şəki-Qəbələ, Oğuz-Qəbələyə (şəlalərə gəzinti də daxil olmaqla) üz tutmaq istəyən isə 23 manat ödəyəcək. Ən münasib turlar - tək Quba turu 20 manat, tək Qəbələ turu isə 21 manatdır.

  • Əvvəlki

    Millət vəkilindən Krım sanksiyaları ilə bağlı - AÇIQLAMA

Digər xəbərlər