USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada yavaşlama Türkiyədə inflyasiyanın artmasına səbəb ola bilər

31.08.2023 İqtisadiyyat
0 0
EKONOMİ-yə açıqlama verən UniCredit Araşdırmalar Departamentinin rəhbəri və Avropa baş iqtisadçısı Marko Valli Avropaya ixracın yavaşlamasının cari əməliyyatlar açığının artması ilə TL-də ucuzlaşma təzyiqini artıracağını və bunun da inflyasiya üzərində yuxarı riskləri artıracağını bildirib.

Avropada iqtisadiyyatda yavaşlama siqnalları Türkiyədəki ixracatçıları narahat etməyə başlasa da, sözügedən yavaşlamanın Türkiyənin inflyasiya, böyümə və cari açır başda olmaqla ən əhəmiyyətli iqtisadi göstəricilərinə mənfi təsir göstərə biləcəyi ifadə edilir.

İtaliyanın UniCredit bank qrupunun Tədqiqat şöbəsinin rəhbəri və baş avropalı iqtisadçı Marko Valli avro bölgəsindəki tənəzzülün ixracın yavaşlaması ilə Türkiyənin böyüməsinə mənfi təsir edəcəyini bildirib. “EKONOMİ” qəzetinə danışan Vallinin sözlərinə görə, Avropadakı yavaşlama təkcə artıma deyil, həm də Türkiyədə inflyasiyaya mənfi təsir göstərə bilər.

Valli deyir ki, ixracdakı yavaşlama cari açığın artması ilə TL-də ucuzlaşma təzyiqini artıracaq ki, bu da inflyasiya üzərində yüksəliş risklərini artıra bilər. Valli həmçinin tekstil, avtomobil və maşınqayırma sənayelərinin AB bazarından daha çox asılı olduqlarını nəzərə alaraq, daha mənfi təsir göstərə biləcəyini ifadə edir.

  • Əvvəlki

    ABŞ-ın ticari xam neft ehtiyatları azalıb

Digər xəbərlər

20.05.2024 İqtisadiyyat
Brent markalı neft bahalaşıb
0 0
20.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
17.05.2024 İqtisadiyyat
Şengen böhranı böyüyür
0 0
17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0