300 ailə üçün məhəllə 23,5 milyona başa gələcək - MÜQAVİLƏLƏR

18.07.2018 İqtisadiyyat
Zəruri sosial-texniki infrastrukturu olan, 300 ailənin yerləşdiriləcəyi məhəllə dövlətə 23 milyon 482 min manata (13,8 milyon dollar) başa gələcək.

"Kommersant" xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün yaşayış binalarının, ümumtəhsil məktəbinin tikintisi və zəruri infrastrukturun yaradılması haqqında 23 milyon 482,736 min manat dəyərində 4 müqavilə imzalayıb.

Müqavilələrdə 72 və 162 mənzildən ibarət 3 doqquz mərtəbəli yaşayış binasının, eləcə də 220 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi nəzərdə tutulur.

Ən iri müqavilə "As İnşaat-N" şirkəti ilə imzalanıb. Müqavilədə 162 və 72 mənzildən ibarət 2 doqquz mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri 14 milyon 16,223 min manatdır.

"Diadem" şirkəti ilə 72 mənzildən ibarət 9 mərtəbəli yaşayış binasının və 220 şagird yerlik məktəbin tikintisi haqqında 6 mln. 405, 474 min manat dəyərində müqavilə imzalanıb.

Bundan başqa, rayonda yol infrastrukturunun tikintisi, abadlıq işləri və sosial-texniki infrastrukturun mühəndis hazırlığı "R-Servis ltd" və "Azəraqrartikinti" şirkətləri tərəfindən həyata keçiriləcək. "R-Servis ltd" şirkəti ilə 728,945 min manat, "Azəraqrartikinti" şirkəti ilə 2 milyon 332, 094 min manat dəyərində müqavilə bağlanıb.

Satınalan təşkilatın adı

Malgöndərən təşkilatın adı(podratçı)

Müqavilənin predmeti

Məbləğ

12

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

"R-Servis" LTD MMM

Baki şəhəri, Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində qaz təchizatı və yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri

728 945,87

2018-07-10

13

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

"Diadem" MMC

Baki şəhəri, Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 72 mənzilli 3 №-li yaşayış binasının və 220 şagird yerlik məktəb binasının tikintisi

6 405 474,01

2018-07-10

14

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

"Azəraqrartikinti" ASC

Baki şəhəri, Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində xarici, sahədaxili elektrik təchizatı şəbəkəsinin və su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi

2 332 094,05

2018-07-10

15

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

"As İnşaat-N" MMC

Baki şəhəri, Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 72 mənzilli 1№-li və 162 mənzilli 2 №-li yaşayış binalarının tikintisi

14 016 223,06

2018-07-10