Qırmızı dənizdə davam edən gərginliyin müxtəlif əmtəələrdə, xüsusən də neftdə yaratdığı dalğalanmalar bazarlarda nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. 77 dollar səviyyəsində olan Brent markalı neft 80 dolları keçdiyi halda, metal qiymətlərində də artım qeydə alınıb.
İsrailin Qəzza zolağına hücumları, qlobal neft ehtiyatlarının böyük hissəsinin yer aldığı Yaxın Şərqdə gərginliyin artması və Qırmızı dənizdəki gəmiləri hədəf alan hərəkətlər səbəbindən həftənin son günündə neft qiymətləri artmağa davam edib. Cümə axşamı günü 80,13 dollara qədər bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 79,39 dollarla başa vurub. Brent markalı neftin barel qiyməti cümə günü CET 09.27-də bağlanış tarixi ilə müqayisədə 0.81 faiz artaraq 80.03 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 74,50 dollara satılıb.
Qiymətli metalların qiymətlərində artım
Digər tərəfdən, Qırmızı dənizdə gərginliyin artması və Çində təşviq ümidi ilə metal qiymətləri artıb. Cümə axşamı günü 2,044 dollardan bağlanan qızılın unsiyası 0,83 bahalaşaraq, cümə günü saat 14,50-dən etibarən 2,060 dollara satılıb. Cümə axşamı 24,38 dollardan bağlanan gümüşün unsiyası 0,37 artaraq 24,45 dollara satılıb. London Metal Birjasında (LME) üç aylıq mis fyuçersləri dünən 06,29 CET-də 0,4 faiz artaraq 8 628 dollar/tona, Şanxay Fyuçers Birjasında (SHFE) fevral mis müqaviləsi isə 0,6 faiz artaraq 69 240 yuana çatıb.