TikTok və onun çinli sahibi ByteDance, sosial media tətbiqinin ötürülməsi və ya ötürülməməsi halında qadağan edilməsinə yol açan qanuna görə ABŞ hökumətinə qarşı iddia qaldırıb.
Apellyasiya Məhkəməsinə təqdim edilən vəsatətdə qadağanedici qanunun konstitusiyaya zidd olduğu iddia edilib. TikTok-un ABŞ-da fəaliyyət göstərməsinə icazə vermək üçün qanunun tələb etdiyi satışın “nə kommersiya, nə texnoloji, nə də hüquqi baxımdan” mümkün olmadığı iddia edildi.
Çinin “ByteDance” şirkətinin əsas tərəfdaşı olduğu TikTok-un ABŞ-a ötürülməsinə və ya köçürülməsə qadağan edilməsinə yol açan qanun layihəsi ABŞ prezidenti Co Bayden tərəfindən imzalanıb və apreldə qüvvəyə minib.
TikTok-un "milli təhlükəsizliyə təhdid yaratdığı" səbəbiylə qadağan edilməsinin yolunu açan qanun Çinin ByteDance şirkətinə platformanı təhvil verməsi üçün 19 yanvar 2025-ci ilə qədər vaxt verir. Əks halda, TikTok-un ABŞ-dakı internet proqram mağazalarından silinməsi gözlənilir.
Respublikaçılar və Demokratların birgə səsverməsi ilə qəbul edilən qanun layihəsinin tərəfdarları Pekində yerləşən ByteDance şirkətinin TikTok vasitəsilə əldə etdiyi Amerika vətəndaşları haqqında məlumatın Çin administrasiyasına ötürüldüyünü iddia edirlər.
Qanun layihəsinə qarşı çıxan Konqres üzvləri TikTok-un məlumat toplayıb Çinə ötürməsi iddiasının sübuta ehtiyacı olduğunu və tətbiqin qadağan edilməsinin "ifadə azadlığını məhdudlaşdırmaq" mənasına gələ biləcəyini bildirirlər.