USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil şirkətinin yenicə işdən çıxarılan rəhbəri vəfat etdi

25.07.2018 İqtisadiyyat
0 0
İtalyanın avtomobil nəhəngi Fiat Chrysler-in, pisləşən səhhəti səbəbindən ötən günlər vəzifəsindən azad edilmiş İcraçı direktoru Sergio Marchionne vəfat edib.

"Kommersant.Az" xəbər verir ki, Şirkətin sahibi İtalyanın "Agnelli" ailəsinə aid "Exor Holding"dən bildiriblər ki, ayın əvvəlində İsveçrənin Sürix şəhərində çiyinindən keçirdiyi əməliyyatın ardından pisləşən 66 yaşlı Marchionne vəfat edib.

Marchionne-nin əməliyyat zamanı baş verən bir ağırlaşmaya görə infarkt keçirdiyi qeyd edilib.

Fiat Chrysler-in varisi John Elkann, "Təəssüf ki, qorxduğumuz şey baş verdi. Dostumuz Sergio Marchionne həyatla vidalaşdı",- ifadələrini istifadə edib.

Şirkətin idarə heyəti, Marchionne-nin sağlamlıq vəziyyətinin pisləşməsindən sonra ötən şənbə günü keçirdiyi təcili toplantıda şirkət tərkibindəkji Jeep markasını idarə edən Mike Manley-i onun yerinə təyin etmişdi.

Sergio Marchionne Fiat Chrysler-də 2004-cü ildən işləyirdi.

Avtomobil sektorunun ən hörmət edilən rəhbərlərindən olan Marchionne, 2014-ci ildə Fiat Chrysler-in səhmdarı olduğu lüks avtomobil markası Ferrari-nin də idarəçiliyini üzərinə götürmüşdü.

  • Əvvəlki

    "Rabitəbank"ın xalis mənfəəti 27% azalıb - HESABAT

Digər xəbərlər