USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda altı ay ərzində 306 nəfər İİV infeksiyasına yoluxub

25.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksəkriskli qruplara aid olan əhali təbəqəsi, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Kommersant"a bildirilib ki, cari ilin birinci yarısında aşkar olunan İİV-ə yoluxma hallarının 11 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Bu rəqəm 1987-ci ildən ötən ilin iyuluna qədər olan dövr ərzində isə 43,9 faizə bərabər olub. Nazirliyin daimi nəzarəti və hərtərəfli təminatı sayəsində İİV infeksiyasının yayılması məhdud təmərküzləşmiş mərhələdə saxlanılıb.
Altı ayı ərzində 306 nəfərin İİV-ə yeni yoluxma halı qeydə alınıb. Onlardan 298-i (97,4 faizi) Azərbaycan vətəndaşları, 8-i (2,6 faizi) isə əcnəbilərdir. Qeydiyyata alınmış 298 yerli sakindən 193-ü (64,8 faiz) kişi, 105-i (35,2 faiz) qadındır. Bu dövr ərzində İİV-ə yoluxmuş 74 nəfər Azərbaycan vətəndaşında xəstəlik QİÇS mərhələsinə keçib. İİV infeksiyasından 19 nəfər vəfat edib.
Birinci yarımil ərzində xəstələrin virusa yoluxma səbəbləri müəyyənləşdirilib. Belə ki, onlardan 33 nəfəri (11,1 faiz) parenteral, 173 nəfəri (58,1 faiz) heteroseksual, 20 nəfəri (6,7 faiz) homoseksual kontakt nəticəsində, 2 nəfəri (0,7 faiz) şaquli yolla xəstəliyə yoluxub. Yetmiş nəfərin (23,5 faiz) bu xəstəliyə yoluxma səbəbi araşdırılır.
Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2018-ci ilin iyulunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə yoluxmuş 5937 xəstə rəsmi qeydiyyatdadır. Onlardan 4204-ü (70,8 faizi) kişi, 1733-ü (29,2 faiz) qadındır. Xəstəliyin QİÇS mərhələsində olan ölkə vətəndaşlarının sayı 2080, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olub.
Mərkəz tərəfindən qeydiyyata götürülənlərin 43,9 faizində İİV-ə yoluxma səbəbi kimi inyeksion narkotik istifadəsi, 43,6 faizində heteroseksual, 2,5 faizində isə homoseksual kontakt, 1,7 faizində anadan uşağa keçməsi göstərilir. Qeydiyyatda olanlardan 8,3 faizində yoluxma yolu hələlik müəyyən edilməyib.
Nazirlik tərəfindən virus daşıyıcılarına profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin olunması istiqamətində görülən tədbirləri Respublika QİÇS-lə Mübarizə Mərkəzi davam etdirib. Təqribən 12 ildir ki, tətbiq edilən antiretrovirus terapiyaya hazırda İİV-lə yaşayan 4568 xəstə cəlb olunub. Onlardan 361 nəfərin müalicəsinə cari ilin ilk 6 ayı ərzində başlanılıb.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 6 ayı ərzində 64 min 786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 69 nəfərdə ilkin İİV testi müsbət nəticə ilə sonlanıb.
Əvvəlki illərdə olduğu kimi, bu ilin birinci yarısında da mərkəzin əməkdaşlarının təşəbbüsü ilə İİV və QİÇS-lə bağlı maarifləndirmə işləri gücləndirilib, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün infeksiyanın profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndirilib.

  • Əvvəlki

    "Xalq Bank" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0