USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"S&P"-nin Azərbaycan - PROQNOZU

28.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq. Bu göstərici "Standard & Poor’s" reytinq agentliyinin hesabatında qeyd olunub.

"Kommersant.az" Trend-ə istinadən xəbər verir ki, "Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "ВВ+/В" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.

Agentlik həmçinin hesabatında qeyd edib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şah Dəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub.

Hesabatda qeyd edilir: “Növbəti 4 ildə qaz ixracının tədricən artmasını gözləyirik. Belə ki, layihə tam miqyası ilə işə düşəcək və bu, daha geniş iqtisadi fəallığı özündə ehtiva edir”.

  • Əvvəlki

    Çörəyin qiyməti ilə bağlı məlumat təkzib edildi - NAZİRLİK

Digər xəbərlər