Ən çox mal ixrac edən şirkətilər - SİYAHI

30.07.2018 İqtisadiyyat
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayı təqdim olunub. “İxrac İcmalı”nın iyul sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib.

"Kommersant.az" xəbər verir ki, 2018-ci ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycandakı nümayəndəliyi, "Kapitan Fruits" MMC, "Baku Steel Company" MMC, "Food Export Şəmkir" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Azfruittrade" MMC, "Şirin Aqro" QSC, "Sun Food" MMC, İskəndərov Sahib Səməd oğlu təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Det-al Alüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, "CTS-Agro" MMC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC.