USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlk 9 ayda neçə nəfərə proaktiv qaydada pensiya təyinatı aparılıb?

21.10.2025 İqtisadiyyat
0 0
2025-ci ilin yanvar-sentyabr ayları ərzində 32,7 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Kommersant.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 64,96%-ni kişilər, 35,04%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 28 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 66,41%-ni kişilər, 33,59%-ni isə qadınlar təşkil edib.

  • Əvvəlki

    Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub

Digər xəbərlər

20.10.2025 İqtisadiyyat
Sterlinq zəifləyir
0 0
20.10.2025 İqtisadiyyat
Avro dollar qarşısında möhkəmlənir
0 0