USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp-Putin sammiti ləğv edildi: Neft qiymətləri qalxdı

22.10.2025 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 62,18 dollara satılır.

Ötən gün 61,78 dollara kimi bahalaşan Brent markalı neftin qiyməti günü 61,36 dollarla bağladı.

Bu gün saat 09:30-a olan məlumata görə, Brent markalı neft 1,33 faiz artaraq barreli 62,18 dollar olub. Eyni zamanda West Texas Intermediate markalı xam neftin bir bareli 58,31 dollara satılıb.

Neft qiymətləri, Ukrayna müharibəsi ilə bağlı ABŞ-Rusiya sammitinin ləğvindən sonra, münaqişənin tezliklə bitməyəcəyinə dair gözləntilər və ABŞ-ın xam neft ehtiyatlarının azaldığını göstərən sənaye məlumatları ilə yüksəldi.

Bu məlumatlar son həftələrdə qiymətlərə təsir edən zəif tələblə bağlı narahatlıqları bir qədər azaldıb.

Tramp-Putin görüşü

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan sammitin Moskvanın Ukraynada atəşkəs çağırışlarını rədd etməsindən sonra qeyri-müəyyən müddətə təxirə salındığı bildirilir.