USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İpoteka ilə ev almaq istəyənlərin NƏZƏRİNƏ: 100 milyon manat ayrıldı

23.10.2025 İqtisadiyyat
0 0
2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait nəzərdə tutulub.

Kommersant.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Beləliklə, Fond gələn il büdcədən 100 milyon manat alacaq.

"Bu vəsait əhalinin mənzilə tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi, həmçinin sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün əlavə imkanlar yaradacaq", - deyə büdcə zərfində qeyd olunub.