USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZTV, İTV və "Mir"ə ayrılacaq vəsaitin həcmi - AZALDILDI

23.10.2025 Digər
0 0
Gələn ilin dövlət büdcəsindən media vasitələrinə, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə ayrılan vəsaitin həcmi məlum olub.

Kommersant.az xəbər verir ki, dövlət büdcəsində bu fəaliyyətin təmin olunması məqsədilə 64,8 milyon manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, bu, 2025-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 0,5% azdır. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən bu məqsədlə ümumilikdə 65,1 milyon manat vəsait ayrılıb.

  • Əvvəlki

    Dövlət Neft Fondunun büdcəsi azaldıla bilər

Digər xəbərlər

03.10.2025 Digər
Sabah hava necə olacaq?
0 0
02.10.2025 Digər
Sabahın hava - PROQNOZU
0 0