USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çexiyadan Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb

22.12.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çexiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,553 milyon ABŞ dolları təşkil edib.

Kommersant.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 365 min ABŞ dolları və ya 11,4% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Çexiyanın payı 1% təşkil edib.

Həmçinin cari ilin ilk 9 ayında Çexiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,820 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 974 min ABŞ dolları və ya 52,8% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Çexiyanın payı 0,3% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Çexiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,188 milyon ABŞ dolları, əks istiqamətdə isə 1,146 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.