USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN

22.12.2025 Sərfəli Banklar
0 0
Yelo Bank-ın Yelo Invest xidmətində komissiyasız alış kampaniyasının bitməsinə cəmi 3 gün qalıb. 24 dekabr tarixinədək müştərilər 10 ABŞ dollarından yuxarı istənilən səhm və ETF-i heç bir komissiya ödəmədən ala bilərlər.

Yelo App üzərindən 14 mindən çox investisiya alətinə rahatlıqla yatırım etmək və ehtiyac yarandıqda satmaq mümkündür. İstər təcrübəli, istər yeni başlayan investorlar üçün sadə interfeys bazar məlumatlarını izləməyə, portfeli idarə etməyə və dəyişikliklərə operativ reaksiya verməyə imkan yaradır. Yelo App vasitəsilə investisiya etməyin əsas üstünlükləri prosesin yüksək etibarlılığı, sadəliyi və tam rəqəmsal mühitdə həyata keçirilməsidir. Xidmətdən istifadəyə başlamaq üçün investisiya hesabının açılması tamamilə onlayn və pulsuzdur.

Qeyd edək ki, Yelo Invest xidməti “Unicapital İnvestisiya Şirkəti” ASC (lisenziya №087910) vasitəsilə həyata keçirilir.

Yelo Invest: https://ylb.az/invst.

Yüksək depozit faizleri axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

  • Əvvəlki

    Azərbaycanda gələn ildən vergi nəzarətində üfüqi monitorinq mexanizminin tətbiqi nəzərdə tutulur

Digər xəbərlər