USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ərazidə qaz olmayacaq

23.12.2025 İqtisadiyyat
0 0
Biləsuvar rayonu, T.İsmayılov küçəsində yerləşən qaz xətti üzərində quraşdırılmış diametri 100 mm olan siyirtmədə aparılacaq təmir işləri ilə əlaqədar olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Kommersant.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, şəhərin bir hissəsi də daxil olmaqla ümumilikdə 3500 abonentin qaz təchizatının 23.12.2025-ci il tarixdə saat 14:00-dan etibarən işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.