"Kommersant.az" xəbər veri ki, EWE-nin, şəhərdaxili qaz paylamasını həyata keçirən "Bursagaz" və "Kayserigaz"daki səhmlərini satmaq üçün potensial alıcılarla apardığı danışıqlar böyük miqyasda başa çatıb.
Türkiyədə milyardlarla dollarlıq zavod və neft kəmər investisiyaları ilə tanınan Azərbaycanın dövlət neft şirkəti SOCAR, ən güclü namizəd kimi önə çıxır. Satınalma üçün danışılan məbləğin 200-250 milyon dollar olduğu bildirilir. Səhmləri almaq üçün SOCAR-ın ən yaxın rəqibi "Kolin" şirkətidir.