USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnsanların sirrləri ilə milyonlar qazanılıb

14.09.2018 İqtisadiyyat
0 0
Dünyanın ən zəngin “sirr daşı”.

"Kommersant.az" xəbər verir ki, Frank Warren çox sadə, amma insanların ehtiyacı olan önəmli bir işin qurucusudur. Belə ki, yaxınları, dostları, ailəsiylə, hətta həyat yoldaşı ilə danışa bilmədiyi sirləri olanlar üçün 2005-ci ildə yaradılan "PostSecret.com" adlı platformanın sahibi olan Warren burada insanların sirlərini anonim olaraq rahat şəkildə paylaşmasına imkan yaratmışdı.

Bu gün 304 milyondan çox istifadəçisi olan sayt 250 mindən çox sirr saxlayır. Beləliklə də Frank Warren dünyanın ən varlı internet təşəbbüskarlarındandır.