USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

35 QHT ilə 57 layihə icra olunur

13.10.2018 İqtisadiyyat
0 0
Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi üçün bu il 35 qeyri-hökumət təşkilatı ilə 57 layihə icra olunmaqdadır.

"Kommersant.az" Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr yaydığı məlumata istinadən xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi məqsədi ilə 2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bu sahə üzrə ixtisaslaşmış 35 qeyri-hökumət təşkilatı arasında 57 layihə üzrə müqavilə imzalanıb.

Bu layihələr əsasında ölkəmizin ayrı-ayrı bölgələrində (Yevlax, Astara, Ağsu, Beyləqan, Yevlax, Lənkəran, Quba, Şəmkir, Masallı, Yardımlı, Ağdaş, Zaqatala, Saatlı, Balakən, İmişli, Şirvan, Qəbələ, İsmayıllı, Kürdəmir və s.) uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi üçün günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Həmçinin layihələr çərçivəsində daun və autizm sindromlu, eləcə də eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, sosial təhlükəli vəziyyətdə olan uşaqlara sosial-psixoloji yardımın göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, onların psixo-sosial dəstəklə təmin edilməsi və s. istiqamətlərdə işlər aparılır.

  • Əvvəlki

    Saxta xəbər yayanlar cəzalandırılacaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0