USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hokinqin arabası satışa çıxarıldı

22.10.2018 İqtisadiyyat
0 0
Britaniyalı alim Stiven Hokinqin əlil arabası satışa çıxarılacaq.

"Kommersant.az" xəbər verir ki, "Associated Press"in məlumatına görə, araba 13-19,5 min dollara satılacaq.

Britaniya fiziki və kosmoloqu Stiven Hokinqin eyni zamanda doktorluq dissertasiyasının surəti də "Christie's", auksion evində hərraca çıxarılacaq.

Satışa alimin ümumilikdə 22 əşyası çıxarılacaq:kitablar, elmi işlər, mükafatlar, 24 yaşında yazdığı "Kainatın genişləndirilməsi xüsusiyyətləri" adlı dissertasiyanın 5 nüsxəsindən biri (130-195 min dollar həcmində qiymətləndirilir). Digər kitablar arasında isə "Vaxtın qısa tarixi" və "Simsonlar" cizgi filmininin epizodlarından birinin ssenarisi də var.

Hərracdan əldə edilən gəlir, Hokinq Xeyriyyə Fonduna köçürüləcək.