“Bakı Metropoliteni”nə Rusiyadan daha bir yeni qatar gətirilib

Bu barədə "Kommersant.Az"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
"Ötən həftə qatarlardan digəri artıq ölkəyə gətirilib. Hazırda qatar depodadır, onun hazırlanma işləri gedir. Daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq", - deyə N. Paşayev vurğulayıb.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Yeni gətirilən qatarlar müasir tiplidir. Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq. Vaqonların istismar müddəti 31 ildir.
Digər xəbərlər

Birinci rübdə xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac edilib

Rusiya Enerji Strategiyasını açıqladı: 2050-ci ilə qədər Asiyanın neft və qaz nəhəngi olmaq
