USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp məmurlara hirsləndi: Ağıllı olun!

16.11.2018 İqtisadiyyat
0 0
ABŞ-ın Kaliforniya ştatında noyabrın 8-dən bəri tüğyan edən meşə yanğınlarında həlak olanların sayı 66-ya çatıb. 220 nəfər itkin düşüb, minlərlə ev yanıb kül olub, 220 min insan təlxiyə olunub.

"Kommersant.az" ABC-yə istinadən bildir ki, yanğınlar Peradays şəhərini məhv edib. Ştatda fövqəladə vəziyyət tətbiq olunub.

ABŞ prezidenti Donald Tramp emosiyalarına hakim ola bilməyərək Twitter-dəki akkauntunda Kalifoniyanın hakimiyyət dairələrinə ünvanladığı tvitində yazıb: "Meşələr əgər ağılla, savadlı şəkildə nəzarətdə olsa, idarə edilsə, Kaliforniyada daim baş verən fəlakətlərlə dağıntılara son qoya bilərik. Ağıllı olun!"

Kaliforniya ştatının qubernatoru, Demokrat Partiyasının mənsubu, 80 yaşlı Cerri Braun isə ittihamı qəbul etməyib.

"Meşə yanğınları qlobal iqlim dəyişikliklərinin fəsadıdır. Biz isə belə dəyişikliklərin qarşısını almağa yönəlmiş "Paris Klubu"ndan çıxmışıq, Kioto protokoluna da riayət etmirik. Bizi suçlamaq əvəzinə, qlobal iqlim dəyişikliklərinin nə kimi fəsadlar yaratdığını anlamaq gərəkdir", - Braun söyləyib.