USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan, İran və Rusiya enerji şəbəkələrini birləşdirəcək

14.08.2019 İqtisadiyyat
0 0
Azərbaycan, İran və Rusiya arasında enerji şəbəkələrinin birləşdirilməsi layihəsinin əsaslandırma sənədləri hazırlanacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Rusiyanın Vahid Enerji Sistemi operatorunun məlumatında bildirilir.

"Avqustun 12-də Rusiya, Azərbaycan və İran üç ölkənin enerji şəbəkələri arasında Şimal – Cənub enerji dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırmanı müştərək hazırlamaqla bağlı saziş imzalayıb", – məlumatda deyilir.

"Azərenerji" ASC, İranın "Tavanir" şirkəti, Rusiyanın Vahid Enerji Sisteminin tərəf olduqları saziş üç ölkənin enerji sistemlərinin qovuşmasına dair layihədə sifarişçi qismində iştirak edən "Tavanir" şirkəti digər iki iştirakçı ilə razılaşmaq şərti ilə əsaslanmanı hazırlayacaq şirkəti seçəcək. Sənədləri bir il ərzində hazırlayıb yekunlaşdırmaq nəzərdə tutulur.

Hələ 2005-ci ildə Azərbaycanla Rusiya arasında iqdisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyasının qərarlarında iki ölkə arasında enerji sistemlərin birləşdirilməsinə qarşılıqlı maraq ifadə olunub. Bundan əvvəl Rusiya tərəfi texniki şərtlərini hazırlayaraq Azərbaycana və İrana göndərib.

Bakıda 2018-ci il aprelin 26-da üç ölkənin enerji naziri müavinləri səviyyəsində keçirilən görüş zamanı sözügedən şərtlər razılaşdırılmış, enerji sistemlərinin birləşdirilməsi məsələsinə dair üçtərəfli işçi qrupu yaradılmışdı.

  • Əvvəlki

    “Azərenerji” ölkənin ən böyük SES-ində təmir-bərpa işləri aparır

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0