USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın ən varlı ailəsi saatda 4 milyon dollar qazanıb

14.08.2019 Dünya
0 0
ABŞ-ın ən zəngin ailəsi Valtonlar sərvətlərini bir il ərzində 39 milyard dollar artırıb.

"Kommersant.az" xəbər verir ki, dünyanın ən böyük pərakəndə ticarət şirkəti "Walmart"ın sahibi olan Valton ailəsinin sərvəti 1 il ərzində 152 milyard dollardan 191 milyard dollara qalxıb.

Hesablamalara əsasən, "Walmart"ın qurucusu Sem Valtonun varisləri bir dəqiqədə 70 min dollar, 1 saatda 4 milyon dollar qazanıb. Günlük qazancları isə 100 milyon dollara yaxın olub.

Qeyd edək ki, ABŞ-ın ən zəngin 0,001 hissəsinin malik olduğu sərvət böyük böhranın yaşandığı 1929-cu ildən bəri ən yüksək həddə çatıb. Bütün dünya üzrə isə ən zəngin 25 ailənin sərvəti ötən ildən bəri 250 milyard dollar, yəni 24% artaraq 1,2 trilyon dollara çatıb. (Finans.az)