USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya neft hasilatını 200 min barel artırır

29.06.2018 İqtisadiyyat
0 0
Rusiyanın energetika naziri Aleksandr Novak, Neft İxrac Edən Ölkələr Təşkilatı ilə əldə edilən razılaşma çərçivəsində, Rusiya şirkətlərinin neft hasilatlarını iyul ayında gündəlik 200 min barrel səviyyəsində artıracağını deyib.

"Kommersant" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Al-Falih də ötən həftə Vyanada keçirilən toplantıdan sonra verdiyi açıqlamada, OPEC və aralarında Rusiyanın da olduğu bəzi neft istehsalçısı ölkələrin neft hasilatının gündəlik 1 milyon barrel artırılması barədə razılığa gəlindiyini bildirmişdi. Bəzi ölkələrin hasilatlarını artıra bilməmələri səbəbindən real artımın isə 700 min barel olacağı qeyd edilmişdi.

OPEC ilə 2016-da bağlanmış müqaviləyə əsasən, Rusiya, sözügedən tarixdə 11,24 milyon barrel olan gündəlik neft hasilatını 300 min barel azaldacağını öhdəlik götürmüşdü.

  • Əvvəlki

    "Təhsil müəssisələrində qidalanma rasionlarına nəzarət edəcəyik"

Digər xəbərlər