USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SON DƏQİQƏ - Bakıda hündürmərtəbəli binada yanğın - Sakinlər təhlükədədir

22.01.2020 Hadisə
0 1
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Kommersant.az” xəbər verir ki, bubarədə yanğın baş verən binanın sakinləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.