USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

69£ aldığı Rolex saatını 80.000£ satdı

15.06.2018 Hadisə
1 0
Bir çoxları əlindəki əşyanın bir gün çox dəyər qazanacağı və ona çoxlu gəlir gətirəcəyi haqda xəyallar qurur. Bir çox hallarda belə əşyalar uzun müddət öncə alınmış və zaman keçdikcə dəyər qazanan cisimlər olur.

Bəzən bir sıra şəxslər belə antik əşyaları çox ucuz qiymətə alaraq bir neçə il sonra daha baha qiymətə satır. Belə hadisələrdən biri Britaniyada baş verib. Belə ki, Britaniya vətəndaşı 1966-cı ildə 69£-ya Rolex saatı almış və bu ilin may ayında həmin saatı 80.000£-ya hərracda satmışdır. Rolex-ın Submariner adlanan bu versiyası zinət əşyaları mağazasdan alınıb. Bu saatın əsas xüsusiyyəti onun quruluşu ilə əlaqəlidir. Beləki, saat satışa qiymət qəbzi ilə birgə çıxarılıb. Adından da göründüyü kimi həmin dövrdə saat professional dalğıclar üçün nəzərdə tutulub.