USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb

09.07.2018 Hadisə
0 0
Kanat yolu iyunun 20-dən bağlı olub, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib

Fövqəladə Hallar NazirliyiQubada hoteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.

"Kommersant" xəbər verir ki, FHN-in mətbuat xidmətindən APA-a daxil olan məlumatda bildirilir: "Kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb".

Qeyd olunub ki, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.