Listinq Məsləhət Proqramına ilk dəfə xarici şirkət qoşulub

25.05.2018 Birja
"Bakı Fond Birjası" QSC-nin (BFB) kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə ilk dəfə olaraq xarici şirkət “The Finsbury Group Limited” qoşulub.

"Kommersant.Az" BFB-yə istinadən xəbər verir ki, bununla əlaqədar ötən gün tərəflər arasında saziş imzalanıb.

"The Finsbury Group Limited" Böyük Britaniya şirkəti olmaqla ictimaiyyətlə əlaqələr və investorlarla əlaqələrin qurulması üzrə ixtisaslaşıb. Onun 15-dən çox ölkədə rəsmi nümayəndəliyi var.

Sazişə əsasən şirkət LMP çərçivəsində investisiya şirkətləri ilə strateji əlaqələrin qurulmasına və PR xidmətlərinə dəstək göstərəcək.

  • Əvvəlki

    Əmək haqqından ödənilən vergilər azaldıla bilər

Digər xəbərlər

23.10.2020 Birja
Bitkoin bahalaşdı
0 0
23.10.2020 Birja
Valyuta məzənnələri
0 0
22.10.2020 Birja
Lirə bahalaşdı
0 0
22.10.2020 Birja
Avro manata qarşı ucuzlaşdı
0 0
22.10.2020 Birja
Neftimiz ucuzlaşıb
0 0
22.10.2020 Birja
Qızıl bahalaşır
0 0
21.10.2020 Birja
Dollar çökür
0 0
21.10.2020 Birja
Bitkoin bahalaşır
0 0