USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avro 1.25 dollaradək bahalaşa bilər

31.05.2018 Bank
0 0
"Berenberg"ın Avropa iqtisadçısı Carsten Hess Avro Bölgəsində inflyasiyanın artmasında neft qiymətlərinin rolu olduğunu bildirib.

1.9%-lik inflyasiyanın Avropa Mərkəzi Bankının uzunmüddətli inflyasiya hədəfi ilə üst-üstə düşdüyünə diqqət çəkən Hess, "İnflyasiya göstəricisi Avropa Mərkəzi Bankının artıq yumuşaq pul siyasətini 12-24 ayda azaldacağını göstərdi. Ancaq qiymətli kağızların alışı proqramı İtaliya böhranı səbəbindən uzadıla bilər" deyib.

Hess Avro/dollar məzənnəsinin 12 - 18 aylıq dövrdə 1.25 səviyyələrinə yüksələcəyini öproqnozlaşdıraraq "Hazırda Avronu dəyərdən salan amillər var. ABŞ ilə olan ticarət gərginliyi kimi. Ancaq biz bu gərginliyin də azalağını hesab edirik. İtaliya və İspaniyada siyasi gərginlik də azalanda Avronun bahalaşacağını proqnozlaşdırırıq" ifadələrini istifadə edib.