USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət onlara - 100 – 200 min vəsait ayıracaq

07.02.2019 Bank
0 0
Dəfələrlə parlamentdə bələdiyyələrə subvensiyaların ayrılması ilə bağlı məsələ qaldırmışıq. 2019-cu ilin dövlət büdcəsindən isə ilk dəfə olaraq bələdiyyələrə 1 milyon manat subvensiya ayrılıb. Burada əsas məqsəd ondan ibarətdir ki, bələdiyyələr müəyyən layihələr həyata keçirməklə gəlir əldə edə bilərlər.

"Kommersant.az" xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

Deputat bildirib ki, bələdiyyələrin irəli sürdüyü layihələri həyata keçirməsinə görə, həmin subvensiyadan onlara təxminən 100 – 200 min vəsait ayrılacaq.

"Həmin subvensiya vasitəsilə bələdiyyə özünün istehsal müəssisəsini aça, xidmət sahəsi yarada, uşaq bağçası tikə bilər. Lazımı layihəni təqdim edən bələdiyyələrə həmin subvensiya vasitəsilə də pul ayrılacaq. Artıq 50 bələdiyyə öz layihəsini Maliyyə Nazirliyinə təqdim edib. Nazirlik tərəfindən həmin layihələr məqbul sayıldıqdan sonra isə onların hesablarına vəsait köçürüləcək. Hesab edirəm ki, 50 bələdiyyənin təqdim etdiyi layihələr keçərli olacaq".