Maliyyə sektorunun işçi bazası bir ayda 200 nəfər artıb

16.06.2018 Maliyyə
Bu il mayın 1-nə əsasən, Azərbaycanda 24,1 min nəfər maliyyə və sığorta sektorunda işləyib. Muzdla işləyənlərin 4,6 min nəfəri dövlət, 19,5 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb

Dövlət Statistika Komitəsindən “Kommersant”a verilən məlumata görə, statistikaya əsasən, işçilərin sayında əvvəlki ayla müqayisədə 200 nəfər artım qeydə alınıb.

Artımın yarısı dövlət, yarısı özəl sektor hesabına baş verib.

2018-ci il mayın 1-i vəziyyətinə ölkədə cəmi muzdla işləyənlərin sayı 1 538,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,2 min nəfər, qeyri-dövlət sektorunda isə 651,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,6 min nəfər, qeyri-neft sektorunda isə 1 504,6 min nəfər çalışıb.