Britaniyada "Google"a qarşı kollektiv iddia qaldırılıb

23.05.2018 İKT
Böyük Britaniyada "Google" şirkətinə qarşı kollektiv iddia qaldırılıb.

"Kommersant.Az" xəbər verir ki, iddiaçılar hesab edirlər ki, "Google" "iPhone" istifadə edən 4,4 mln. insan barədə şəxsi məlumatlat toplayıb. Onlar buna görə şirkətdən 4,3 mlrd. ABŞ dolları təzminat tələb edirlər.

Xatırladaq ki, 2011-ci ilin avqustundan 2012-ci ilin fevralına qədər "Google" "iPhon"un öz brauzeri olan "Safari"nin təhlükəsizlik sazlamalarından yayınaraq, istifadəçilərin məlumatlarını yığıb və bunu reklamın yayılması üçün istifadə edib. Bununla belə, şirkət bununla bağlı məsuliyyət daşıdığını qəbul etmir. "Google"un nümayəndəsi bildirib ki, heç kim şirkətin 3-cü təfərə məlumat ötürdüyünü iddia edə bilməz.