USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AzTV yeni yayım formatına keçir

16.12.2019 İqtisadiyyat
0 0
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Bədii Şurasının növbəti iclası keçirilib.
"Kommersant.az" xəbər verir ki, iclasda Azərbaycan Televiziyasının HD formatına keçməsi müzakirə olunub.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, Azərbaycan Televiziyası 2020-ci ildən HD formatına keçir.

Qeyd olunub ki, proqramların yeni server sistemindən yayımlanması üçün lazımi avadanlıq alınıb. Bunun 63 illik Azərbaycan Televiziyasının tarixində böyük bir mərhələ olduğu vurğulanıb. Verilişlərin daha da effektiv hazırlanması üçün 10-dan çox montaj kompüterləri alınıb.

Həmçinin diqqətə çatdırılıb ki, yaxın günlərdə "Baku s Nadejdoy", "Hüquq və mən" verilişləri efirə çıxacaq.

İclasda Bədii Şura üzvləri Azərbaycan Televiziyası, "Mədəniyyət" və "İdman" kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Bədii Şuranın növbəti iclası 2020-ci ilin yanvar ayında keçiriləcək.

  • Əvvəlki

    Vilayət Eyvazovdan polislərlə bağlı - CİDDİ TAPŞIRIQ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0