USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın tranzit gəlirləri 5 dəfə artacaq

06.10.2019 İqtisadiyyat
0 0
Bir neçə gündən sonra İranın Gilan vilayətindəki bağlardan subtropik meyvələrin yığımı və ixracı başlayacaq.

"Kommersant.az" AzərTAc-a istinadən xəbər verir ki, bu barədə İranın Fermerlər Birliyinin Gilan vilayəti üzrə təmsilçisi Əli Dədrcani məlumat verib. O bildirib ki, Gilan vilayətinin coğrafi vəziyyəti əlverişli olduğu üçün yığılan məhsulun ixracı asandır. Bu vilayət Azərbaycan Respublikası ilə həmsərhəddir və subtropik meyvələr Azərbaycan ərazisindən keçməklə Rusiyaya ixrac ediləcək. Cari ildə İranın Talış, Astara və Rudbar bölgələrinin bağlarında 180 min ton kivi yetişdirilib. Bu məhsulun 90 faizi Rusiyaya göndəriləcək.

Xatırladaq ki, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verildikdən sonra İranın Rusiyaya ixrac etdiyi məhsulların həcmi artıb. Dəmir yolu çəkilməmişdən öncə İran ixrac əməliyyatlarını yük maşınları ilə həyata keçirirdi. Bu isə həm baha başa gəlir, həm də vaxt itkisinə səbəb olurdu. Meyvə tez xarab olan məhsul olduğu üçün bazara tez çatdırılması lazımdır. İran və Azərbaycanı birləşdirən 8 kilometrlik dəmir yolu istismara buraxıldıqdan sonra bu problem aradan qalxıb. İranın Astara gömrüyündən keçməklə məhsul ixracının artması Azərbaycanın tranzit gəlirlərinin də artmasına səbəb olur.

Gələcəkdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas seqmentindən biri olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu tam istifadəyə verildikdən sonra İranın digər vilayətlərindən, eləcə də Cənub-Şərqi Asiya ölkələrindən Rusiya və Avropaya ixrac olunan yüklər də məhz Azərbaycan ərazisindən keçməklə daşınacaq. Hələlik isə yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol istismara verildikdən sonra Azərbaycanın tranzit gəlirləri 5 dəfə artacaq.

  • Əvvəlki

    Bu ölkə adından imtina etdi - SƏBƏB

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0