USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Rəssamlıq Akademiyasının yeni rektorunun - DOSYESİ

15.02.2023 Digər
12 2
Prezident İlham Əliyevin 15 fevral 2023-ci il tarixli sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Natiq Kamal oğlu Əliyev 1958-ci il 10 avqustda doğulub. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, "Fərqlənmə diplomu" ilə bitirmişdir.

Azərbaycan heykəltəraşı, Azərbaycan Respublikasının xalq rəssamı (2005), professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü (2008), Respublika Gənclər mükafatı laureatı (1989). Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini bitirmişdir.

ELƏCƏDƏ BAX: Natiq Əliyev "Şöhrət" ordeni ilə təltif edilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kiyev (2004), Belqrad (2011), Tiflis (2007), Həştərxan (2010) şəhərlərində ucaldılmış abidələrinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Sarayevo (2012), Mexiko (2012), Ankara (2013), Qızılca-hamam (2014) şəhərlərində ucaldılmış abidələrin və bir çox digər əsərlərin müəllifidir. Heykəltəraşın yaratdığı əsərlər içərisində Şamaxı torpağının bəxş etdiyi dühalar da böyük yer tutur. Memar Zivər bəy Əhmədbəyovun (Bakı, 2011) abidəsi, Fələki Şirvani, Əfzələddin Xaqani, İzəddin Şirvani, İmadəddin Nəsimi, Şirvanşah I İbrahim, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Sultanməcid Qənizadə, Mirzə Məhəmmədhəsənin Şamaxı şəhərində ucaldılmış büstləri N.Əliyevin əsərləridir.