USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Orbita MTK" ağacları kəsib - RƏSMİ

03.03.2026 Digər
0 0
"Orbita MTK"nın Bakının Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən ərazidə yaşayış binasının qaraj tikintisi üçün ağacları kəsdiyi barədə məlumat vermişdik. Sözügedən ərazidə 60 ildən çox yaşı olan Eldar şamları MTK tərəfindən kəsillib, kəsilən ağacların yerinə isə daş döşənib və bir neçə dekorativ ağaclar əkilib.

Kommersant.az xəbər verir ki. məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlanıb. Sorğuya əsasən B.Çobanzadə ərazisindəki Eldar şamlarının aqibəti məlum olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, ərazidikə ağacların kəsilməsinə görə nazirlik üstünə düşən öhdəliyini yerinə yetirib. Məsələ ilə bağlı 28.11.2024-cü il tarixində Baş Prokurorluğa müraciət olunub.

Qeyd edək ki, eyni sorğunu Baş Prokurorluğun mətbuat xidmətinə də ünvanlamışıq. MTK haqqında görülən tədbirlər barədə ictimaiyyətə məlumat veriləcək.