USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsraildə etiraz aksiyaları böyüdü - İSTEFA DALĞASI

27.03.2023 Siyasət
3 0
Fransadan sonra İsrail də qarışdı. İsrailin baş naziri Benyamin Netanyahunun mübahisəli məhkəmə nizamnaməsinə son qoymağa çağırış edən müdafiə naziri Yoav Qallantı işdən çıxarmasından sonra minlərlə israilli küçələrə axışıb. İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir baş verənlərə cavab olaraq tutduğu vəzifədən istefa verib.

Bazar günü axşam müdafiə naziri Qallantın işdən çıxarılmasına cavab olaraq hökumət əleyhinə etirazçılar ölkə daxilində, xüsusən də Tel-Əviv və Qərbi Qüdsdə meydanlara çıxıb.

Təl-Əvivdə hökumətin məhkəmə qayda-qanunlarına qarşı çıxan bir neçə nümayişçi əllərində İsrail bayraqları ilə şəhərin əsas arteriyası olan Ayalon şossesini ikitərəfli hərəkəti bağlayıb.

"Bibi istefa ver!" şüarları

Etirazçılar baş nazir Benyamin Netanyahunu ölkədəki ləqəbi ilə "İstefa ver, Bibi!" şüarlarını səsləndiriblər.

Qərbi Qüdsdə baş nazirin iqamətgahı qarşısına toplaşan yüzlərlə insan polis barrikadalarını yarmağa çalışarkən polislə etirazçılar arasında qarşıdurma yaranıb.

İsrail mediası Netanyahunun partiyası olan Likuddan olan deputatların və nazirlərin evləri ətrafında etiraz aksiyalarının keçirildiyini bildirib. Onlarla etirazçı həmçinin İsrailin cənubunda Qəzza zolağı yaxınlığında 234 saylı magistral yolu bağlayıb.

Nyu-York baş konsulu istefaya etiraz edib

İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir, baş nazir Benyamin Netanyahunun hökumətin mübahisəli məhkəmə tənzimləmələrinə qarşı çıxan müdafiə naziri Yoav Qallantı işdən çıxarmasından sonra istefa verib.