USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putinin nüvə qərarından sonra NATO, AB və Pentaqondan kritik açıqlama

27.03.2023 Siyasət
0 0
Rusiya prezidenti Putin Belarusiyada nüvə silahı yerləşdirəcəyini bəyan etdikdən sonra NATO, AB və Pentaqondan bir-birinin ardınca bəyanatlar gəldi.

Rusiya prezidenti Putin Belarusiyada taktiki nüvə silahı yerləşdirəcəyini açıqlayıb. Dünyanı şoka salan açıqlamadan sonra ilk reaksiya NATO, AB və ABŞ-dan gəldi.

Rusiya prezidenti Vladimir Putin Rusiya və Belarusun nüvə silahı ilə bağlı razılığa gəldiyini açıqlayıb:

"Biz Belarusa silah ötürmürük, yerləşdiririk. Bu addımı ABŞ-ın Avropada etdiyi kimi edirik”.

Putinin nüvə açıqlamasından sonra gözlər ABŞ-a çevrilib. Rəsmi Pentaqon ilk açıqlamasında, "Rusiyanın açıqlamasını gördük və izləməyə davam edəcəyik" deyib.

NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını “məsuliyyətsiz” hesab etdiklərini bildiriblər.

NATO-nun sözçüsü Oana Lungesku, AA müxbirinin sualına cavab olaraq, "Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsizdir. NATO gərgin vəziyyətdədir. Prosesləri yaxından izləyirik" deyib.