USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya: Moskvaya hücum cəhdinin qarşısı alınıb

28.07.2023 Siyasət
66 21
Rusiya Ukraynanın Moskva vilayətinə pilotsuz təyyarə ilə hücum cəhdinin qarşısı alındığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatı (PUA) ilə Moskva vilayətinə hücum cəhdinin qarşısı alındığını bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada, "Bu gün səhər saatlarında Kiyev rejiminin pilotsuz təyyarə ilə Moskva vilayətindəki obyektlərə terror hücumu həyata keçirmə cəhdinin qarşısı alınıb" deyilib.

Açıqlamada İHA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi, bloklanan hücum nəticəsində hər hansı can itkisi və ya tələfat olmadığı bildirilib.

Ukraynanın iyulun 24-də iki PUA ilə Rusiyanın paytaxtı Moskvaya hücum etdiyi, ölən və yaralananların olmadığı bildirilib.