USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bağdadda ABŞ şirkətinə və Britaniya institutuna səs bombalı hücum olub

30.05.2024 Siyasət
0 0
İraqın paytaxtı Bağdadda naməlum şəxslər Britaniya Kembric İnstitutuna və ABŞ-ın Caterpillar şirkətinin filialına hücum ediblər.

İraqdakı xarici qurum və şirkətlər növbəti dəfə hədəfə alınıb. İraq hökumətinə bağlı Təhlükəsizlik Media Şəbəkəsinin verdiyi yazılı açıqlamada, yerli vaxtla saat 01.20-də ABŞ-ın inşaat və mədən avadanlıqları istehsalçısı Caterpillar-ın Bağdadın Cadiriye bölgəsində yerləşən filialına səs bombası atıldığı bildirilib.

Açıqlamada, təxminən 10 dəqiqə sonra Fələstin bölgəsində yerləşən Kembric İnstitutuna səs bombası ilə hücum edildiyi qeyd edilib. Bəyanatda hücumun maddi ziyana səbəb olduğu və bu hərəkətlərin İraqın reputasiyasına xələl gətirmək məqsədi daşıdığı və təhlükəsizlik qüvvələrinin ictimai sülhü təhdid edən hər kəsi ədalət qarşısında cavablandıracağı söylənilib.

Mayın 26-da İraqın paytaxtı Bağdadda ABŞ-ın fast food şəbəkələrinin filiallarına bomba və silahla hücum edilib. Hücumlar maddi ziyana səbəb olsa da, Bağdad Əməliyyat Komandanlığından verilən açıqlamada hücum edənlərin tutulduğu açıqlanıb.