USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

G7-dən Baydenin Qəzza təklifinə tam dəstək

04.06.2024 Siyasət
0 0
ABŞ, Almaniya, Fransa, İngiltərə, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin liderləri ABŞ prezidenti Co Baydenin mayın 31-də elan etdiyi atəşkəs planını tam dəstəklədiklərini bildiriblər.

G7 dövrünün prezidenti İtaliyanın dərc etdiyi birgə bəyanatda, "G7 liderləri olaraq, prezident Bayden tərəfindən irəli sürülən Qəzzada dərhal atəşkəs, bütün girovların azad edilməsi, Qəzzada paylanacaq humanitar yardımın davamlı olaraq artırılması və təhlükəsizliyi dəstəkləyirik. Mülki əhalinin təhlükəsizliyini təmin edəcək və böhrana daimi son qoyacaq hərtərəfli razılaşmanı tam dəstəkləyirik və arxasında olacağıq" ifadəsi işlədilib:

“Biz HƏMAS-ı İsrailin irəliləməyə hazır olduğu bu razılaşmanı qəbul etməyə çağırırıq və HƏMAS-a təsiri olan ölkələri buna kömək etməyə dəvət edirik”, - deyə bəyanatda deyilir.

Baydenin Qəzza üçün 3 mərhələli atəşkəs təklifi

ABŞ prezidenti Bayden mayın 31-də Ağ Evdə keçirdiyi mətbuat konfransında İsrailin Qəzzada atəşkəs və məhbuslarla bağlı yeni təkliflə çıxış etdiyini açıqlayıb.

Bayden, İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini və ilk mərhələdə İsrailin Qəzzada yerləşən yaşayış məntəqələrindən çəkiləcəyini və 6 həftəlik atəşkəs dövründə tərəflərin saxladığı bəzi məhbusları azad edəcəyini bildirmişdi.