USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İranın 10 maddəlik təklifi ChatGPT ilə yazılmışdı"

09.04.2026 Siyasət
0 0
ABŞ və İran arasında gözlənilən diplomatik görüşlər ərəfəsində maraqlı məqam üzə çıxıb. Vitse-prezident Ceyms Devid Vens rəsmi Tehranın təqdim etdiyi sənədlərin ciddi qəbul edilməməsinin səbəbini açıqlayıb.

Vens bildirib ki, İran tərəfinin hazırladığı 10 maddəlik ilkin təkliflər paketi süni intellekt proqramı olan "ChatGPT" vasitəsilə tərtib olunub. Ağ Ev rəsmisi bu məqamı aşkar etdikdən sonra sənədin dərhal rədd edildiyini vurğulayıb. Onun fikrincə, bu üsulla hazırlanan təkliflər danışıqlar masasında əsas götürülə bilməz.

Bu gərginlik Donald Trampın elan etdiyi iki həftəlik atəşkəs dövrünə təsadüf edir. Tərəflər arasında həlledici müzakirələrin aprelin 11-də İslamabadda keçirilməsi planlaşdırılır. Həmin görüşdə ABŞ nümayəndə heyəti iştirak etsə də, Tehranın təqdim edəcəyi növbəti sənədlərin daha real və peşəkar hazırlanacağı gözlənilir.