AccessBank 2022-ci il üzrə maliyyə hesabatını açıqlayır

24.01.2023 Sərfəli Banklar
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayır.

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

Bank, 2022 ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. AccessBank 2022-ci il ərzində əməliyyat gəlirlərində kəskin artıma nail olub.

  • Bankın aktivləri rüb ərzində 11.1%, ilin əvvəlindən isə 25.4% artıb. Hazırda 1.2 milyard manat təşkil edir.
  • Kredit portfeli rüb ərzində 6.3%, ilin əvvəlindən isə 28.6% artıb. Hazırda 813.5 milyon manat təşkil edir.
  • Kredit portfelinin 78%-ni biznesə ayrılmış kreditlər təşkil edir. İl ərzində biznes portfeli 17.5% və ya 95 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 57%-i regionların payına düşür.
  • Depozit portfeli rüb ərzində 7.2%, ilin əvvəlindən isə 24.7% artıb. Hazırda 860 milyon manat təşkil edir.
  • Əhalinin müddətli əmanətləri rüb ərzində 7.7%, ilin əvvəlindən isə 29% artıb. Hazırda 597 milyon manat təşkil edir.
  • Faiz gəlirləri 2021-ci il ilə müqayisədə 39% artaraq 140 milyon manatı ötüb. Xalis faiz gəlirləri isə 2021-ci il ilə müqayisədə 52% artaraq 82 milyon manata yüksəlib.
  • Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artaraq 13 milyon manatı ötüb.
  • Xalis əməliyyat mənfəəti dəfələrlə artaraq 23 milyon manata çatıb. Təkcə 4-cü rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 3-cü rübü ilə müqayisədə 75% artıb.
  • Bankın 2022-ci il üzrə yekun xalis mənfəəti də 2021-ci ilin nəticəsi ilə müqayisədə dəfələrlə artaraq 15 milyon manata çatıb. 4-cü rüb ərzində bankın xalis mənfəəti cari ilin 3-ci rübü ilə müqayisədə 3 dəfəyə qədər artıb.
  • Bankın məcmu kapitalı son 1 il ərzində 27% və ya 21.5 milyon manat artaraq 101 milyon manatı ötüb. Bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə artıqdır. Artım həm səhmdarların əlavə kapital inyeksiyası, həm də bankın qazandığı mənfəət hesabına mümkün olmuşdur. Belə ki, 2022-ci ilin noyabr ayında Bank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11.4 milyon manat artırıb.
  • Bankın likvidlik əmsalı 64.1% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum normadan (30%) 2 dəfə yüksəkdir.

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın illik göstəricilərini şərh edib:”Komandamız 2022-ci ildə də biznes və pərakəndə müştərilərimizi dəstəkləməyə davam etdi. Onların fədakarlığı Bankın 2022-ci ilin 12 ayı ərzində 15 milyon manat mənfəət əldə etməsinə, həmçinin kredit portfelimizin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 2022-ci ildə AccessBank-ın aktivləri 1 milyard manat həddini keçərək daha da böyüdü. Əminik ki, bu il AccessBank-ı təkmilləşdirəcək, yüksək nəticələri davamlı olaraq göstərəcək və gələcək illərdə də Azərbaycanda mikro və kiçik biznesi dəstəkləməyə davam edəcəyik”.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

  • Əvvəlki

    Deputat XİN əməkdaşlarını tənqid etdi

Digər xəbərlər

25.01.2023 Sərfəli Banklar
“Bank Respublika”da əhalinin əmanətləri artıb
18 4
25.01.2023 Sərfəli Banklar
Yelo Bank-ın aktivləri 287 mln. manat artıb
23 1
24.01.2023 Sərfəli Banklar
"AccessBank" aktivlərini 25%-dən çox artırıb
14 0
24.01.2023 Sərfəli Banklar
Yelo Bank-dan ekoloji təşəbbüs
15 0