USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan güzəştli ipoteka kreditləri

01.08.2023 Sərfəli Banklar
43 35
Dövlət bankı Azər Türk Bank “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsinə əsasən mənzil əldə etmək üçün müraciət edən şəxslərə güzəştli ipoteka kreditləri təqdim edir.

Kreditlər illik 4%-lə 30 il müddətinədək rəsmiləşdirilir. İlkin ödəniş 10% həcmində müəyyən edilmişdir.

Qeyd edək ki, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün Banka müraciət edə bilərlər.

Növbəsiz, sürətli şəkildə kredit götürmək üçün Azər Türk Bankın Bakı şəhərindəki «Rəqəmsal 6» filialına (İ. Qutqaşınlı küç. 89) və Gəncə şəhərində fəaliyyət göstərən filialına (M. A. Abbaszadə küç. 35) yaxınlaşmaq olar.

Güzəştli ipoteka kreditləri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə etmək olar.

  • Əvvəlki

    “UniBank” cəmi aktivlərini artırıb

Digər xəbərlər