USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“UniBank” öhdəliklər cəmini artırıb

01.08.2023 Bank
11 18
“UniBank” fiziki şəxslərdən topladığı əmanətlərin həcmini 66 milyon 849 min manat artıraraq 838 mliyon 206 min manata çatdırıb.

Kommersant.az xəbər verir ki, bankın hüquqi şəxslərdən yığdığı depozitlər isə 47 milyon 779 min manat artaraq 266 milyon 167 min manat olub. Buna görə də bankın depozit portfeli 114 milyon 629 min manat və ya 11.58 faiz artaraq 1 milyard 104 milyon 373 min manat olub. Nəticədə bankın öhdəliklər cəmi 1 milyard 437 milyon 67 min manat olub ki, bu da ötən ilin son rübü ilə müqayisədə 109 milyon 819 min manat və ya 11.58 faiz çoxdur.