USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu işçilərin maaşı iki dəfə artırılır

07.03.2019 İqtisadiyyat
0 0
Azərbaycanda iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır.

"Kommersant.az" xəbər verir ki, bunlar "akademik" statusu alacaq Azərbaycan Dövlət Musiqili Teatrı və Azərbaycan Dövlət Rus Dram Teatrıdır.

Belə ki, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun 20-ci maddəsinə əsasən, akademik teatrlarda çalışan işçilərin əməkhaqlarına 100 faiz əlavə müəyyən edilir.

Prezidentin imzaladığı "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında" sərəncama əsasən, Nazirlər Kabinetinə bu iki teatra "akademik" statusunun verilməsini on beş gün müddətində təmin etmək tapşırılıb. Nazirlər Kabinetinin müvafiq qərarından sonra hər iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılacaq.

  • Əvvəlki

    Problemli kreditlərlə bağlı sualınızı nazirliyə ünvanlayın!

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0